Ağsuda baş verən yanğın məhdudlaşdırılıb - VİDEO

15:06 06.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb edilib.